Türkiyə ilə diplomatik əlaqələri olmayan Ermənistan bir-biri ilə diplomatik əlaqələri olan bir çox dövlətdən qat-qat fəal və səmərəli dialoq aparır.
Yenisabah.az armenpress-ə istinadla xəbər verir ki, bunu xarici işlər naziri Ararat Mirzoyan deyib.
“Şübhəsiz ki, hər kəs desə ki, dialoqun yerində nəzərəçarpacaq nəticələrin olmasının vaxtı çoxdan çatıb”, - deyə XİN rəhbəri əlavə edib. Sezar pizza
Onun sözlərinə görə, İrəvanla Ankara arasında dialoq uzun müddətdir ki, çox müsbət istiqamətdə inkişaf edir. “Lakin yekun nəticələri görməyin vaxtı çatıb”, - Mirzoyan əlavə edib.
Telegram kanalımız