Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Xırdalan bazarının müdiri DYP tərəfindən təzyiqə məruz qaldığını iddia edir - Video
18 Sen 2021 20:40
1295

Xırdalan bazarının müdiri DYP tərəfindən təzyiqə məruz qaldığını iddia edir - Video

APA TV-nin Qaynar xəttinə müraciət edən Axundov Kamran Şəmistan oğlu Abşeron rayon Dövlət Yol Polisi Şöbəsinin iki əməkdaşı - Bəhruz Ağayev və Tural Yolçuyev tərəfindən təzyiqə məruz qaldığını iddia edib.

O bildirib ki, Sumqayıt şəhərindən Xırdalan şəhərinə gedərkən yaşadığı fərdi yaşayış evinə gedən yolun bağlı olduğunu görüb. Buna görə də içində ailəsinin də olduğu “Mercedes” markalı avtomobillə geriyə dönüş edib şossedə hərəkətini davam etdirmək istəyib.

Bu zaman Abşeron Dövlət Yol Polisi Şöbəsinə məxsus 99-YP-172 dövlət yol nişanlı “KİA” markalı avtomobil onun idarə etdiyi 99-AE-063 dövlət yol nişanlı avtomobilə "saxla" əmri verir. Vətəndaş Axundovun dediyinə görə, o avtomobildən düşdükdə Bəhruz Ağayev və Tural Yolçuyev onun içkili olduğunu iddia ediblər. Daha sonra tərəflər arasında mübahisə düşüb.

Daha ətraflı təqdim etdiyimiz videoda:

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər