Xırdalan şəhərində növbəti vətəndaş qəbulu keçirilib - FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Xırdalan şəhərində növbəti vətəndaş qəbulu keçirilib - FOTOLAR

Sosial

17 İyun 2022 16:58 1112


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinin operativ həlli ilə bağlı göstərişlərinə uyğun olaraq Abşeron rayonunda vətəndaş qəbulu keçirilib. 

Heydər Əliyev Mərkəzində baş tututan vətəndaş qəbulunda Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri, şəhid ailələri, qazilər və Xırdalan şəhər sakinləri iştirak edib. 

Rayon əhalisi ilə mütəmadi görüşlərin keçirildiyini, Abşeronun, o cümlədən Xırdalan şəhərinin problemlərinin dərindən araşdırıldığnı, məktəb və bağçalarda sıxlığın müşahidə edildiyini bildirən Abdin Fərzəliyev rayon ərazisində görülən işlərdən və bundan sonra atılacaq addımlar barəsində ətraflı məlumat verib.  pizza mizza

Sonra çıxış edən sakinlər şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədi ilə istirahət parkının salınmasında, tikintisi başa çatmış yaşayış binalarının təhvil alınmasında, sənədsiz evlərin və torpaq sahələrinin sənədləşdirilməsində, işlə təmin olunmada və digər məsələlərin həllində köməklik göstərilməsini xahiş ediblər. 

Sakinlər tərəfindən qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tapşırıqlar verilib. 

 

 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!