Xırdalanda 5 çoxmərtəbəli bina təmir olunur: İcra başçısı görülən işlərlə tanış oldu - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Xırdalanda 5 çoxmərtəbəli bina təmir olunur: İcra başçısı görülən işlərlə tanış oldu - Fotolar

Sosial

11 Sentyabr 2020 19:46 1880


Xırdalan şəhərinin 27-ci məhəlləsində 5 çoxmərtəbəli binanın fasadında aparılan təmir işləri başa çatmaq üzrədir.

Yenisabah.az xəbər verir ki, görülən işlərlə yerində tanış olmaq məqsədi ilə Abşeron Rayon İcra Hakimiuyyətinin başçısı İradə Gülməmmədova əraziyə gəlib. Bildirilib ki, 2 aya yaxındır həyata keçirilən təmir işləri yaxın zamanlarda yekunlaşacaq.

Belə ki, tikinti işlərinin böyük hissəsi artıq başa çatdırılıb və bir neçə günə binaların fasadının rənglənməsinə start veriləcək. Binaların bloklarının girişi, qapıları və pilləkənləri təmir olunaraq sakinlərin istifadəsinə veriləcək. Bundan əlavə 27-ci məhəllədə yerləşən binaların həyətləri abadlaşdırılır, şəhərin müasir görkəminə uyğun oturacaqlar qurulur, insanların asudə vaxtlarını keçirmək üçün hər bir şərait yaradılır.  Dominos pizza

Sakinlərlə görüşən başçı onların təkliflərini dinləyib. Sakinlər məhəllələrin abadlaşdırılması və binaların təmir edilməsi ilə əlaqədar cənab Prezident İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər. Bundan sonra görülməsi vacib olan məsələlərlə bağlı aidiyyatı üzrə tapşırıqlar verilib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!