Xırdalanda “Bir ağac-min nəfəs“ aksiyası keçirildi    - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Xırdalanda “Bir ağac-min nəfəs“ aksiyası keçirildi  - Fotolar

Sosial

19 Noyabr 2022 14:00 1223


Ölkədə yaşıllıqların artırılmasına töhfə vermək məqsədilə "Bir ağac-min nəfəs" aksiyası bu dəfə Abşeron rayonunun Xırdalan şəhərində keçirilib. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Maarifləndirmə və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova Yenisabah.az-a bildirib ki, ETSN, “Təmiz Şəhər” ASC və "Neptun" marketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə 18 noyabr tarixində keçirilən ting paylama aksiyası zamanı vətəndaşlar tərəfindən ümumi tutumu 1126 litr olan plastik, 36 litr şüşə, 17 kq kağız tullantı və 55 ədəd işlənmiş batareya təhvil verilib və əvəzində onlara ağac tingləri paylanılıb.

"Bugünədək ölkə ərazisində 8 aksiya keçirilib və vətəndaşlardan ümumilikdə tutumu 2409 litr olan plastik, 71 litr şüşə, 124 kq kağız tullantı, 483 ədəd işlənmiş batareya təhvil götürülüb".  pizza


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!