Xırdalanda və Mehdiabadda sənədsiz tikililər söküldü - VİDEO 

saytların hazırlanması

Evə çatdırılma

Xırdalanda və Mehdiabadda sənədsiz tikililər söküldü - VİDEO 

Sosial

07 Mart 2024 13:09 425


Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir. 

Yenisabah.az FHN-ə istinadən xəbıər verir ki, bu çərçivədə, Abşeron rayonunun Xırdalan şəhəri və Mehdiabad qəsəbəsi ərazilərində qanunsuz olaraq tikinti işlərinin aparılması faktları aşkar edilib. FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa edilən tikililər sökülüb. 

pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!