Xocalıda mövcud vəziyyət öyrənildikdən sonra şəhərin planı hazırlanacaq

saytların hazırlanması

Evə çatdırılma

Xocalıda mövcud vəziyyət öyrənildikdən sonra şəhərin planı hazırlanacaq

Sosial

01 Oktyabr 2023 12:30 363


Xocalıda mövcud vəziyyət təhlil edildikdən və öyrənildikdən sonra şəhərin planı hazırlanacaq.

Yenisabah.az Report-a istinadla xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov Bakıda keçirilən “Davamlı şəhər inkişafının idarə edilməsində şəhər hərəkətliliyinin əhəmiyyəti” mövzusunda 2-ci Milli Şəhərsalma Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Xocalıya ilkin baxışın və dəyərləndirmənin həyata keçirilməsi üçün Komitə tərəfindən müvafiq qrup göndəriləcək. Dominos pizza

"Hazırda bununla bağlı hazırlıq işləri gedir. Sözsüz ki, digər şəhərlərdə olduğu kimi burada da əvvəlcə mövcud vəziyyət öyrənilməlidir. Daha sonra şəhərin planının hazırlanması üzrə işlərə başlamaq olar", - deyə sədr müavini əlavə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!