Xocalının Şuşakəndində ilk körpə dünyaya gəldi - FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Xocalının Şuşakəndində ilk körpə dünyaya gəldi - FOTOLAR

Sosial

02 Avqust 2026 15:55 86


Xocalı rayonunun Şuşakənd kəndində, Hüseynovların ailəsində oğul övladı dünyaya gəlib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən ''Yeni Sabah''a  verilən xəbərə görə, boyu 50 sm, çəkisi 2 kq 700 qram olan körpə avqustun 2-də xəstəxanadan evə buraxılıb.

Mustafa Kamal adı verilən körpə Şuşakənd sakini Şamil Hüseynovun ikinci övladıdır. Onun doğulması uzun illərdən sonra yenidən həyatın canlandığı Şuşakənd üçün əlamətdar və sevincli hadisədir. pizza mizza

"Bu sevinc yalnız Hüseynovlar ailəsinin deyil, doğma yurda qayıdan bütün Şuşakənd sakinlərinin sevincidir. Bu həm də Şuşakənddə yeni həyatın, davamlı məskunlaşmanın və Böyük Qayıdışın uğurla davam etdiyinin rəmzi kimi dəyərləndirilir", - deyə məlumatda qeyd olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!