Xocalıya ilk köçün tarixi açıqlandı 

saytların hazırlanması

Evə çatdırılma

Xocalıya ilk köçün tarixi açıqlandı 

Sosial

27 Mart 2024 14:12 533


Erməni işğalından azad olunan Xocalı rayonuna ilk köç bu ilin may ayında olacaq. 

Yenisabah.az xəbər verir ki, Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov deyib. 

O bildirib ki, Xocalıda tikinti və abadlıq işləri həyata keçirilir:  Dominos pizza

“Hazırda 500-ə qədər evdə bərpa işləri aparılır. May ayında ilkin olaraq 50 ailənin Xocalıya köçürülməsi nəzərdə tutulur”.

Qeyd edək ki, Xocalı rayonu 1992-ci il fevralın 25-dən 26-na keçən gecə işğal olunmuşdu. Həmin gecə erməni quldurları Xocalıda azərbaycanlılara qarşı soyqırımı törədiblər.

Azərbaycan Ordusunun 2023-cü ilin sentyabr ayının 19-20-də keçirdiyi antiterror əməliyyatları nəticəsində Xocalı işğaldan azad olunub.("Report") 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!