“Xocalıya qayıtmışam. Artıq elimdə, evimdə, yurdumdayam”

saytların hazırlanması

Evə çatdırılma

“Xocalıya qayıtmışam. Artıq elimdə, evimdə, yurdumdayam”

Sosial

06 İyun 2024 16:12 501


Bir müddət əvvəl Xocalı sakini, Erməni Təcavüzünün Tanıdılması İctimai Birliyinin sədri, tədqiqatçı-jurnalist, “Təzadlar” TV-nin əməkdaşı Səriyyə Müslümqızı (Cəfərova) 32 ildən sonra öz doğma evinə qayıdıb, ata evinin işığını yandırıb.

28 may Müstəqillik Günündə Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva tərəfindən Xocalıda xocalılılara mənzillərinin açarları təqdim etdi və bu səadəti yaşayanlardan biri də Səriyyə Müslümqızı oldu.

Yenisabah.az-a danışan jurnalist  dogma yurduna birdəfəlik döndüyünü və fəaliyyətini orda davam etdirdiyini açıqlayıb. Pepperoni pizza

Onun sözlərinə görə, hələ ki, işğaldan azad olunmuş bölgələrdə iş problem olsa da, bu məsələ zamanla öz həllini tapacaq:

“İxtisasca jurnalist olduğumdan prşəmi davam etdirirəm, yazıram, yaradıram. Amma bu dəfəki yazılarımın içərisində bir sevinc var, çünki Xocalıya qayıtmışam. Artıq elimdə, evimdə, yurdumdayam.

Bütün işğaldan azad olunmuş torpaqlarda, eyni zamanda, Xocalıda da iş problemi hələ var. Yenicə köçmüş insanları işlə təmin etmək məsələsi hazırda gündəmdədir və burada məşğulluq var. Məşğulluq Agentliyi gənclərimizi işlə təmin etmək üçün müəyyən təkliflər verir. Amma kim təklifləri qəbul edəcək və ya etməyəcək, bu, onların öz işidir. Mənə elə gəlir ki, Xocalıda vəziyyət daha da yaxşı olacaq, bura abadlaşacaq. Hələ ki, hər şey yenidir, biz də ilk köçənlərdənik, ona görə də burada bir müddət çətinliklər olacaq, bu, qaçılmazdır. Amma inanıram ki, zamanla hər şey yaxşı olacaq”.

Əsmətxanım Rzazadə 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!