Sağ qalan yeganə kəşfiyyatçı: Mənə böyük işgəncələr verilirdi

saytların hazırlanması

Evə çatdırılma

Sağ qalan yeganə kəşfiyyatçı: Mənə böyük işgəncələr verilirdi

Sosial

12 Aprel 2024 10:50 698


1 il 11 ay əsirlikdə olduğum zaman ağır yaralı olmağıma baxmayaraq, ermənilər tərəfindən mənə böyük işgəncələr verilirdi.

Yenisabah.az xəbər verir ki, bunu “Report”un əməkdaşına açıqlamasında “Xocavənd əməliyyatı”nda sağ qalan yeganə kəşfiyyatçı Aqil Əhmədov deyib.

"1997-ci ilin aprelində təxminən bu saatlarda 7 qardaşım şəhid olub. Mən isə ağır yaralanmışdım. Huşsuz vəziyyətdə düşmən tərəfindən əsir götürülmüşdüm. 1 il 11 ay müddətində əsirlikdə saxlanıldım. 6 ay sonra Ulu Öndər Heydər Əliyevin səyi ilə şəhid qardaşlarımın nəşi düşməndən geri alındı. 1999-cu ilin martında Heydər Əliyevin təkidi ilə əsirlikdən azad olundum”, - o bildirib. Toyuqlu pizza

Aqil Əhmədov əlavə edib ki, artıq bir neçə dəfədir buranı ziyarət edir: “Hər ziyarətimdə məndə eyni hisslər olur”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!