Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlandı

saytların hazırlanması

Evə çatdırılma

Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlandı

Sosial

04 Oktyabr 2022 15:12 929


“Xocavənd rayonunun Edilli kəndində artıq üçüncü məzarlıqdır ki, aşkar olunur. Bu günə qədər 25 nəfərin qalıqları aşkarlanıb”. 

Bunu Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov deyib.

Onun sözlərinə görə, ola bilər ki, bir həftə bundan əvvəl 12 hərbçiyə aid olduğu ehtimal edilən qalıqlar hələ sonuncu deyil: Pepperoni pizza

“Müvafiq qaydalara uyğun olaraq həmin qalıqlar götürüləndən sonra qazıntı işləri yenə də davam etdiriləcək. Bunların altında yenə də qalıqlar ola bilər”.

O bildirib ki, Edilli kəndi ərazisindəki başqa yerlərdə də qazıntı işləri aparılacaq: “Kütləvi məzarlıqların bu yerdə aşkarlanması davam edəcək”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!