Xocavənddə daha bir ərazidə insan sümükləri aşkarlandı

saytların hazırlanması

Evə çatdırılma

Xocavənddə daha bir ərazidə insan sümükləri aşkarlandı

Sosial

17 Oktyabr 2022 17:17 873


İşğaldan azad edilmiş Xocavənd rayonunun Ərəkül kəndi ərazisində təmir tikinti işləri ilə məşğul olan işçilər tərəfindən insan sümükləri aşkarlanıb.

Yenisabah.az Report-a istinadla xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı danışıb.

O bildirib ki, məlumat daxil olduqdan dərhal sonra Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gedib: Marqarita pizza

“İlkin araşdırma zamanı məlum olub ki, sümüklər ərazidəki yağışlardan sonra baş vermiş torpaq sürüşməsi zamanı üzə çıxıb. Sümüklər həmin yerdən toplanaraq aidiyyəti üzrə ekspertizaya təqdim olunub. Hazırda araşdırma aparılır".

Qeyd edək ki, işğaldan azad olunmuş Xocavənd rayonunun Edilli kəndində sentyabrın sonunda daha bir kütləvi məzarlıq tapılıb. Məzarlıqda ölümündən əvvəl əlləri və ayaqları məftillə bağlanmış 12 nəfərin, ehtimal ki, azərbaycanlı hərbçilərin qalıqları aşkar edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!