“Xomeyni ağa elə-belə adam deyil, onu dilə gətirmək...” – Mahir Cürət

saytların hazırlanması

Evə çatdırılma

“Xomeyni ağa elə-belə adam deyil, onu dilə gətirmək...” – Mahir Cürət

Sosial

19 May 2022 12:36 29368


Tanınmış meyxanaçı Rəşad Dağlı paylaşdığı üzr videosuna görə sosial şəbəkə istifadəçilərinin tənqid obyektinə çevrilib. Belə ki, R.Dağlının Masallıda keçirilən toy mərasimindəki meyxana deyişməsində “Xomeyni çöküb qalıb, Behcəti naqruskadadı” misrasını səsləndirməsinin ardınca işlətdiyi ifadələrə görə üzr istəməsi və bunu sosial şəbəkədə paylaşması birmənalı qarşılanmayıb.

Mövzu ilə bağlı Gundem.az-a danışan meyxanaçı Mahir Cürət deyib ki, Rəşad üzr istəyibsə, demək haradasa səhvi olub:

“Mən iki ildir həbsdən çıxmışam. Daha sonra ayaqlarım tutuldu. Bu müddət ərzində sənət yoldaşlarımın biri də zəng edib mənimlə maraqlanmadı. Nə Rəşad, nə də bir başqası mənimlə maraqlanmadığı üçün mən də bu gün onlarla maraqlanmıram. O ki qaldı sualınıza, sözün düzü, həmin meyxananı dinləməmişəm, ancaq mənim də qulağıma belə bir şey gəlib çatdı. pizza

Ümumiyyətlə Xomeyni ağa elə-belə adam deyil. Meyxana deyən zaman Xomeyni ağanı, Behcət ağanı dilə gətirmək doğru deyil. Bəzi əlçatmaz şeylər var ki, onları demək olmaz. Rəşad elə-belə üzr istəməz. Səhv edib ki, üzr istəyib. Üzr istəyib, səhvini etiraf edibsə, onu bağışlamaq olar”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!