"Səni axtarıram" verilişinin müəllifi və aparıcısı Xoşqədəm Hidayətqızı 3 saylı Uşaq Evi Sosial Xidmət Müəssisəsindən qaçan 13 yaşlı Ramal Rəsulova baş çəkib.
Yenisabah.az xəbər verir ki, o, balaca Ramalın yerləşdirildiyi Sosial Xidmətlər Agentliyinin digər müəssisəsinə gedib.
Aparıcı müəssisəyə xəbərsiz gəldiyini deyib. Ramal yeni "ev"indən razılıq edib: pizza hut
“Burada hər şey yaxşıdır, müəllimlər uşaqları vurmurlar. Müdür müəllimləri qoymaz ki, bizi vursunlar. Yeməkləri də dadlıdır. Əvvəl qaldığım yerdə gündə 4 dəfə dadsız yeməklər verirdilər, burada isə 6 dəfə yemək verilir, hamısı da ləzzətlidir. Həyətə çıxıb gəzirik, futbol, domino oynayırıq, xüsusi oyun saatlarımız var”.
Telegram kanalımız