Xoşqədəmin səhər yeməyi görənləri şoka saldı: Necə doyur? -   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Xoşqədəmin səhər yeməyi görənləri şoka saldı: Necə doyur? - VİDEO

Şou

20 İyul 2026 13:07 922


Xoşqədəm Hidayətqızının səhər yeməyinə dair paylaşım edib.

"Yeni Sabah" xəbər verir ki, fotodakı boşqaba cəmi bir ədəd qaynadılmış yumurta, bir ədəd qoz, az miqdarda sürtgəcdən keçirilmiş kök, bir neçə ədəd lobya, yaşıl noxud və sarı bibər dilimləri qoyulub.

Aparıcı paylaşımın üzərinə "Mənim səhər yeməyim. İynələrə, arıqlayıcı xəstəliklər tapmağınıza bunu seçirəm" sözlərini yazıb. Dominos pizza

X.Hidayətqızı bununla qidalanma tərzini nümayiş etdirib.

Fotodan görünən porsiyanın kifayət qədər az olması sosial şəbəkə istifadəçilərinin də diqqətini çəkib. Bir çoxları 52 yaşlı aparıcının arıq görünməsinə baxmayaraq, bu qədər az qida qəbul etməsinə təəccübləniblər. 

Xoşqədəm Hidayətqızı illərdir xarici görünüşü ilə diqqət mərkəzindədir. Bir neçə il əvvəl onun kəskin çəki itirməsi də geniş müzakirə olunmuş, hətta səhhətində problem olduğu ilə bağlı müxtəlif iddialar yayılmışdı. Lakin aparıcı həmin dövrdə də arıqlamasının sağlam həyat tərzi və qidalanma rejimi ilə bağlı olduğunu bildirmişdi.

Son paylaşımı isə göstərir ki, Xoşqədəm Hidayətqızı qidalanmasına əvvəlki kimi ciddi nəzarət edir və kiçik porsiyalarla qidalanmağa üstünlük verir. 

Əsmətxanım Rzazadə 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!