Xuraman Şuşalı axtarışa çıxdı: “ Vəfasız sinifik!”

saytların hazırlanması

Evə çatdırılma

Xuraman Şuşalı axtarışa çıxdı: “ Vəfasız sinifik!”

Şou

29 May 2024 11:25 671


Müğənni Xuraman Şuşalı “Səni axtarıram” proqramında axtarışa çıxıb.

Yenisabah.az olay-a istinadla xəbər verir ki, ifaçı sinif yoldaşlarını tapmaq üçün verilişə gəlib:

“Sinif yoldaşlarımı axtarıram. Şuşada 4 saylı məktəbdə oxumuşam. Bəzilərini tapmışam, bəzilərini tapa bilmirik. 4B – Firəngiz müəllimin sinfi. Dünyasını dəyişib. 1992-ci ildə didərgin düşdük. Onda dördüncü sinifdə idim. Qızları tapa bilmirəm. Oğlanları tapmaq asandır. 31 il sonra görüşmək istəyirik, görüş günü də təyin etmişik. Dördpendirli pizza

Bir də gimnaziyada birlikdə oxuduğum 11V-dəki dostlarımı axtarıram. Onları da 25 ildir görmürəm. Vəfasız sinifik, xahiş edirəm, toparlanağın!”


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!