Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qeydiyyatı başa çatır

saytların hazırlanması

Evə çatdırılma

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qeydiyyatı başa çatır

Sosial

27 May 2022 13:17 826


Ali təhsil müəssisələrinin V ixtisas qrupu və 11 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyən abituriyentlərin qeydiyyatı başa çatır.

Dövlət İmtahan Mərkəzindən Yenisabah.az-a verilən xəbərə görə, qabiliyyət imtahanında iştirak etmək üçün qeydiyyat bu gün saat 23:59-dək davam edəcək.

Mayın 8-də keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanından “məqbul” alan abituriyentlərlə yanaşı, “qeyri-məqbul” alan abituriyentlər də qabiliyyət imtahanlarında iştirak etmək üçün 27 may saat 23:59-dək vasitəsilə qeydiyyatdan keçməlidirlər. pizza

İmtahandan “qeyri-məqbul” alan abituriyentlərin nəzərinə çatdırırıq ki, onlar 12 iyun tarixində keçiriləcək ikinci Azərbaycan dili imtahanında iştirak etməli və “məqbul” qiymət almalıdırlar.

Nəzrin Vahid 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!