“Maşın” şounun finalçısı, aparıcı Lalə Mustafayeva efirlərin vəziyyətindən gileylənib.
“Yeni Sabah” xəbər verir ki, dünən verilişlərin birində qonaq olan aparıcı getdiyinə peşman olub:
“Ey dünya, dağıl ey dünya! Gör kimlərin zamanəsidir! Kimlərin əlində qalmışıq! Mən bu zəmanənin nəbzini heç tuta bilmirəm də. Ya mən ölüm, ay Allah, ya da nə olar səbr ver mənə. Mən sırtıq ola bilmirəm, yaltaq da ola bilmirəm! İyrənirəm, vallah, get-gedə özümə qapanıram, insanlardan qaçıram. Bir verilişə qonaq getdim, kaş getməyəydim. Biz hara gedirik?! Biz efirdə kimləri reklam, təbliğ edirik?! Mən gül kimi 16 ilimi gör nəyə xərclədim. İndi də meydan gör kimlərin əlində?! Bu paxıllıq hissi deyil, məyusluq hissidir!” pizza hut
Qeyd edək ki, bu il “Maşın” şouda 18 gün gərgin mübarizə göstərən aparıcı Lalə Mustafayeva sağlamlığında yaranan problem ucbatından finalda əlini avtomobildən çəkməli olmuşdu.
Telegram kanalımız