Yağış yağıb, dolu düşüb - FAKTİKİ HAVA

saytların hazırlanması

Evə çatdırılma

Yağış yağıb, dolu düşüb - FAKTİKİ HAVA

Sosial

14 May 2024 15:47 548


Mayın 14-ü saat 15:00-a olan məlumata əsasən ölkə ərazisində yağıntılı hava şəraiti davam edir. Arabir yağış yağıb, şimşək çaxıb, ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli olub.

Yenisabah.az xəbər verir ki, bu barədə "Report"a Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Şərur, Şahbuz, Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkir, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Qax, Şamaxı, Qobustan, Göyçay, Kürdəmir, Yardımlı, Lerik, Lənkəran, Astara, Bakıda və Abşeron yarımadasında arabir yağış yağıb. Naxçıvanda saat 13:15-13:20 radələrində diametri 1 mm olan dolu düşüb. Dominos pizza

Göygöl, Balakən, Şəki, Qax, Şamaxı, Qrız, Göyçayda duman müşahidə olunub.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 16, Naxçıvan MR-da 15-19, Aran rayonlarında 14-17, dağlıq rayonlarda 7 dərəcəyədək isti olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!