Yalçın Rzazadə müalicə üçün Türkiyəyə aparılıb

saytların hazırlanması

Evə çatdırılma

Yalçın Rzazadə müalicə üçün Türkiyəyə aparılıb

Şou

15 İyul 2019 07:56 1286


Səhhətində ciddi problemlər yaranan Xalq artisti, müğənni Yalçın Rzazadə müalicə olunması üçün Türkiyəyə aparılıb.

"Yeni Sabah" bildirir ki, bunu "Report"a açıqlamasında Xalq artistinin oğlu Yusif Rzazadə deyib.

O bildirib ki, atası bu ölkədəki xəstəxanaların birində tam müayinə və müalicə kursu keçəcək: "Hazırda müayinələr bitib və atamın müalicəsi davam etdirilir".

Qeyd edək ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Xalq artisti Yalçın Rzazadənin səhhəti ilə bağlı məsələləri Fond nəzarətinə götürüb.

Xatırladaq ki, 73 yaşlı Y.Rzazadənin mədəsində bir neçə yara aşkarlanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!