Yanğına görə təxliyə olunan 26 körpə: Yeni xəbər var

saytların hazırlanması

Evə çatdırılma

Yanğına görə təxliyə olunan 26 körpə: Yeni xəbər var

Sosial

09 Yanvar 2024 13:14 374


Respublika Perinatal Mərkəzdə baş verən yanğına görə mərkəzdən təxliyə olunan 26 körpə Kliniki Tibbi Mərkəzə (KTM) yerləşdirilib.

Yenisabah.az Report-a istinadla xəbər verir ki, bunu KTM-in mətbuat katibi Ruzbeh Məmməd bildirib.

Məlumata görə, körpələrin vəziyyəti stabildir. Sezar pizza

Qeyd edək ki, ötən gecə Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən Respublika Perinatal Mərkəzində yanğın olub.

İlkin araşdırmalar zamanı müəyyən edilib ki, 3 nəfər tüstüdən zəhərlənmə səbəbilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Mərkəzin Yenidoğulmuşların intensiv terapiya şöbəsində müalicə alan 4 uşağın meyiti aşkar olunub.

Fakta görə, Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələrilə cinayət işi başlanıb.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!