Ermənistandakı hərbi hissələrdən birində baş vermiş partlayış və yanğında ölən əsgərlərin valideynləri istintaqın elan olunan rəsmi versiyasına inanmadıqlarını irəli sürüblər.
Yenisabah.az “Hraparak”a istinadla xəbər verir ki, ölən hərbçilərdən birinin atası yanğın başlayanda əsgərlərin artıq ölü olduğunu iddia edib.
Artak Asryanın sözlərinə görə, hərbçilərin yaşadığı hərbi hissə köhnə olub, taxtadan tikilib və qapılar asanlıqla sındırıla bilərdi. “Arvadım inanmır ki, kimsə 5 litrlik benzin qutusu ilə sobanı yandırmağa cəhd etsin”.
Xatırladaq ki, rəsmi versiyaya əsasən, istilik təhlükəsizliyi qaydalarına riayət olunmaması səbəbindən hadisə nəticəsində 15 hərbi qulluqçu həyatını itirib, xeyli əsgər yaralanıb.
Telegram kanalımız