Yanvar ayından pensiyalar bu qədər artacaq   - Məbləğ açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Yanvar ayından pensiyalar bu qədər artacaq - Məbləğ açıqlandı

Sosial

28 Dekabr 2023 18:29 48418


“2024-cü ildə əmək pensiyalarındakı artım məhz 2023-cü ilin orta aylıq əməkhaqqına edilən artım faizinə uyğunlaşdırılıb. Belə ki, 2023-cü ilin geridə qalan aylarında orta aylıq əməkhaqqında 11,3% artım qeydə alınıb. Bu, o deməkdir ki, mövcud tendensiya davam edəcəyi halda 2024-cü ilin yanvarında pensiyalar orta hesabla 11% artırılacaq. Artımlar əmək pensiyası alanların hamısına şamil ediləcək. Yəni məbləğdən asılı olmayaraq əmək pensiyası alan vətəndaşlarımızın pensiyasının gələn aydan etibarən 11% artırılacağı gözlənilir”.

Yenisabah.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov deyib.

Deputat bildirib ki, vahid indeksasiya mexanizmi formalaşdırıldığı üçün indeksasiya yolu ilə artımlar bütün əmək pensiyası alanları əhatə edir: “Hər bir pensiyaçı öz pensiyasındakı artımları asanlıqla hesablaya bilər. Məsələn, vətəndaş 500 manat pensiya alırsa, onun pensiyasında, təxminən, 55 manat artım olacaq. İndeksasiya ilə artım fevralın əvvəlində reallaşsa da, artımlar məhz yanvar ayından hesablanır. Pensiyaçı yanvar ayında 500 manat pensiya alacaq, yanvar ayı üçün artırılmış 55 manatı isə fevral ayının pensiyası ilə birlikdə alacaq. Beləliklə, yanvar ayından qalan 55 manatla fevral ayının artımını birlikdə hesablasaq, vətəndaş fevral ayında 555 manat deyil, 610 manat pensiya alacaq. Mart ayında isə 555 manat artırılmış pensiyanı almağa davam edəcək”. Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Tarverdi Esgerov
    3 ci qrup pensiyalar neqeder artım olacaq
    2 years ago
  • Elnur
    Tələbə təqaüdlərinidə artırında
    2 years ago
  • Zahir
    Fevral tezdi akdiyabira saxlayin nece catracaqlar o boyda artimi????????
    2 years ago
  • Samir
    Salam 3 CI QURUP ALLAH Ne Faiz Artacaq
    2 years ago
  • Sadixova
    Əlillərin pensiyaları necə armayacaqq???bilən Varsa yazsın...oğlum 3 cür quruldu ..150 alır Görən nə qədər olacaq?
    2 years ago
  • Kamil
    Bu artım xəstəliyə görə pensiya alanlara da aiddirmi?
    2 years ago
  • Mais Qurbanov
    Birdəfəlik bunu yeniki 337 manat alanları 1000 manat eliyin onsuzda borc xərc yaşamaq çox cətindi
    2 years ago
  • Ramil
    Bəs sosial müavinətlər nə qədər artacaq? Sağlamlıq imkanı məhdud uşaqlar üçün verilən sosial müavinət nə qədər artacaq?
    2 years ago
  • Mehdizadə İltifat
    6 aydır ki,bu izahatı yorulmadan təkrar edirlər,sanki uşağa başa salırlar...
    2 years ago