2022-ci ildə Qarabağın ermənilər yaşayan bölgəsində 1623 uşaq doğulub. Onlardan 15-i əkizdir. Qarabağdan olan erməni qadınlar daha 43 uşağı Ermənistan Respublikasının tibb müəssisələrində doğub.
Modern.az xəbər verir ki, Ermənistan KİV-lərinin məlumatına görə, ötən il Qarabağ ermənilərinin 17 uşağı ekstrakorporal mayalanma yolu ilə dünyaya gətirblər.
2023-cü il yanvarın 1-dən yanvarın 8-dək Qarabağda 43 uşaq doğulub. Pepperoni pizza
Son bir ayda - dekabrın 12-dən bəri isə 110 uşaq doğulduğu bildirilir.
Yenisabah.az bildirir ki, erməni KİV-ləri bu məlumatları qondarma rejimin Qarabağdakı "rəsmi" strukturlarına istinadla yayır. Rəqəmlərin reallığı əks etdirməməsi və təbliğat xarakterli olması istisna deyil. Qarabağdakı ermənilərin real sayı təqdim edilən statistikanın həqiqiliyini şübhə altına alır.
Telegram kanalımız