Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvləri Tahir Mirkişili və Asif Əsgərli, Mərkəzi Aparatının məsul əməkdaşı, Qarabağ, Şərqi Zəngəzur zonası üzrə kurator Elmar Məmmədov, Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya, Milli Məclisin deputatı Fatma Yıldırım və bir qrup fəal Bərdə şəhərindəki Şəhidlər xiyabanını ziyarət edib, şəhid Xudayar Yusifzadənin ev muzeyinə baş çəkib, ailəsi ilə görüşüblər.
“Yeni Sabah” xəbər verir ki, görüş zamanı şəhid Xudayar Yusifzadənin döyüş yolu, igidliyi xatırlanıb, indi “Xudayar təsnifi” adlandırılan mahnının təkcə cəbhə yoldaşlarının deyil, bütün xalqımızın Vətən sevgisini artırdığından danışılıb.
Qonaqlar şəhidlərimizin hər birinin xalqımızın qəlbində əbədi yer tutduğunu qeyd edib, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuzun torpaqlarımızın işğaldan azad edərək qazandığı böyük Qələbədən danışıblar. Dominos pizza
Şəhid Xudayarın anası Radə Qurbanova Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə göstərdikləri diqqət və qayğıdan məmnunluqlarını ifadə ediblər.
Telegram kanalımız