Sentyabrın 23-də Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatında 2021-2022-ci tədris ilində ali təhsil müəssisələrinə qəbul imtahanlarında 650 baldan yüksək nəticə göstərən məzunlarla görüş keçirilib.
Yenisabah.az xəbər verir ki, görüşü YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə açaraq tələbə adını qazanmış hər bir gənci təbrik edib, onlara təhsildə, elmi biliklərə yiyələnməkdə uğurlar arzulayıb. V.Rəhimzadə bildirib ki, bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib: “Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində özünün aktiv fəaliyyəti, iştirakı ilə seçilir. Dövlətin yaratdığı geniş imkanlar nəticəsində gənclər cəmiyyətin qabaqcıl qüvvəsinə çevrilmişlər”.
Daha sonra çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov diqqəti İkinci Qarabağ savaşına çəkərək bildirib ki, 44 günlük Vətən müharibəsində Azərbaycan Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli ordumuzun döyüş meydanında göstərdiyi şücaət və qəhrəmanlıq nəticəsində parlaq Qələbə qazandı. Marqarita pizza
Tədbirdə çıxış edən YAP Mərkəzi Aparatının məsul əməkdaşı Həsən Daşdəmirov gənclərin mənsub olduqları torpağın, ölkənin ümidi, gələcəyi olduğunu xatırladıb. Vurğulayıb ki, ölkə rəhbərliyi təhsil sahəsini daim diqqətdə saxlayır və bu da təsadüfi deyil.
Sonda tələbə adı qazanan gənclərə hədiyyələr təqdim olunub.
Telegram kanalımız