“Yapı Kredi Bank Azərbaycan” QSC 2026-cı ilin 3-cü rübünə (30 sentyabr 2026) olan maliyyə göstəricilərini açıqlayıb.
“Yeni Sabah” xəbər verir ki, hesabata əsasən, bankın kredit portfelində vaxtı keçmiş (problemli) kreditlərin həcmində və xüsusi çəkisində kəskin artım müşahid olunub.
Cari ilin 3-cü rübünün nəticələrinə görə, bankın vaxtı keçmiş kreditlərinin məbləği əvvəlki rüblə (30 iyun 2026) müqayisədə 52.3% (17 milyon 587 min manat) artaraq 33.64 milyon manatdan 51.22 milyon manata yüksəlib. Toyuqlu pizza
Ötən ilin eyni dövrü (30 sentyabr 2025) ilə müqayisədə isə bu göstərici 58.1% (18.83 milyon manat) artıb.
Problem kreditlərin artması nəticəsində onların ümumi kredit portfelindəki xüsusi çəkisi də kəskin artaraq 6.8%-dən 9.1%-ə çatıb. Ötən ilin eyni dövründə bu nisbət 7.5% təşkil edirdi.
Cəlalə Cəlalqızı
Telegram kanalımız