Yaponiyada zəlzələ oldu: Əhaliyə xəbərdarlıq edildi

saytların hazırlanması

Evə çatdırılma

Yaponiyada zəlzələ oldu: Əhaliyə xəbərdarlıq edildi

Dünya

08 Aprel 2024 08:34 605


Yaponiyanın Küsü adasının cənub-qərbində, Miyazaki prefekturasının cənubunda 5,2 maqnitudada zəlzələ baş verib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə ölkənin Milli Meteorologiya İdarəsi xəbər yayıb. Mütəxəssislər fövqəladə hallar barədə xəbərdarlıq sistemi vasitəsilə zəlzələdən sonra güclü titrəyiş ehtimalı barədə xəbərdarlıq ediblər.

Təbii hadisənin episentri Miyazaki sahillərində olub. Zəlzələ ocağı 40 km dərinlikdə yerləşib. Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!