Yaponiyanın pilotsuz kəşfiyyat təyyarəsi yoxa çıxdı

saytların hazırlanması

Evə çatdırılma

Yaponiyanın pilotsuz kəşfiyyat təyyarəsi yoxa çıxdı

Dünya

15 Sentyabr 2026 20:04 75


Yaponiyanın Hava Özünümüdafiə Qüvvələrinə (ASDF) məxsus “Global Hawk” pilotsuz kəşfiyyat təyyarəsi Yapon dənizində (Şərq dənizi) itib.

“Yeni Sabah” xəbər verir ki, insident yerli vaxtla saat 13:00 radələrində ölkənin qərbində yerləşən Tottori prefekturası sahillərindən təxminən 50 kilometr aralıda baş verib. Həmin vaxt uçuş həyata keçirən pilotsuz aparatla əlaqə kəsilib.

Yaponiya Sahil Mühafizəsinin apardığı axtarışlar zamanı Tottori sahillərində dənizin üzərində təyyarənin gövdə hissəsinə bənzəyən bir əşyanın sürükləndiyi müəyyən edilib. Dominos pizza

ABŞ istehsalı olan “Global Hawk” pilotsuz kəşfiyyat aparatı Yaponiyanın Aomori prefekturasındakı Misava Hava Bazasından fəaliyyət göstərirdi. Bazada bu tipdən ümumilikdə üç aparatın olduğu bildirilir.

Hadisə “Global Hawk”ın Yaponiya ərazisində ilk dəfə itkin düşməsi kimi qeydə alınıb.

Təxminən 15 metr uzunluğunda, 40 metr qanad açıqlığına və 5 metr hündürlüyə malik “Global Hawk” fasiləsiz olaraq təxminən 36 saat uçuş həyata keçirə bilir. Aparat əsasən kəşfiyyat, müşahidə və məlumat toplamaq məqsədilə istifadə olunur.

Aydan Hacı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!