Yaponlar ukraynalı qaçqınlar üçün humanitar yük daşıyıb.

saytların hazırlanması

Evə çatdırılma

Yaponlar ukraynalı qaçqınlar üçün humanitar yük daşıyıb.

Dünya

15 İyul 2022 12:06 685


Yaponiya Müdafiə Nazirliyi Ukrayna ilə qonşu ölkələrdə məskunlaşmış ukraynalı qaçqınlar üçün humanitar yüklərin çatdırılmasını başa çatdırıb.

Yenisabah.az xəbər verir ki, bu barədə iyulun 15-də Yaponiyanın Müdafiə Nazirliyi məlumat yayıb .

Qeyd olunur ki, may-iyun ayları ərzində Birləşmiş Ərəb Əmirliklərində Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının bazasından səkkiz uçuş həyata keçirilib. O cümlədən, yüklər Polşa və Rumıniyaya çatdırılıb. Mart ayında Yaponiya özünümüdafiə qüvvələrinin ehtiyatlarından Ukraynaya iki yük göndərilib. Marqarita pizza

Onlara zirehli gödəkçələr, dəbilqələr, qış geyimləri, gündəlik qida rasionu, çadırlar, santexnika məhsulları və elektrik generatorları daxil edilib.

Yaponiya Müdafiə Nazirliyinin rəhbəri Nobuo Kişi dəfələrlə bildirib ki, qurum Kiyevə əlavə dəstək vermək imkanlarını araşdırır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!