“Yaqut xanım “bahalı müəllimlər” qrupuna aiddir” – Qalmaqallı müəllim haqda maraqlı açıqlama

saytların hazırlanması

Evə çatdırılma

“Yaqut xanım “bahalı müəllimlər” qrupuna aiddir” – Qalmaqallı müəllim haqda maraqlı açıqlama

Sosial

15 İyun 2023 16:12 28865


2022-2023-cü tədris ili başa çatsa da, Azərbaycandakı orta ümumtəhsil məktəblərinin ətrafında yaranmış qalmaqal səngimək bilmir. 

Tədris ilinin sonuncu həftəsində baş verən hadisələr hələ də mətbuatda və sosial şəbəkələrdə müzakirə olunur. 

Yenisabah.az xatırladır ki, başa çatan tədris ilinə damğasını vuran hadisə Abşeron rayonundakı Xırdalan şəhər 1 nömrəli tam orta məktəbdə baş verdi. Valideynlərin sözügedən məktəbin ibtidai sinif müəllimi Yaqut Ağamalıyevanın qulağına qızıl sırğa taxması səs-küysüz ötüşmədi. Cəmiyyət bu hadisəni qınadı, rəsmi qurumlar isə faktla bağlı araşdırma apardı. Valideynlərdən qızıl alan müəllimənin kariyerası ilə bağlı qərar araşdırma başa çatdıqdan sonra veriləcək. Hazırda ən çox sual doğuran məsələ həmin kadrların necə və hansı şəraitdə lentə alınmasıdır. Doğurdanmı, iddia edildiyi kimi sözügedən kadrları müəllimədən qisas almaq üçün hansısa valideyn çəkib və sosial şəbəkələrdə paylaşıb?  pizza sifarişi

"Yeni Sabah" məsələnin təfərrüatını öyrənə bilib. Məlum olub ki, cəmiyyətdə böyük rezonans doğuran həmin kadrların lentə alınmasından ibtidai sinif müəlliməsi Yaqut Ağamalıyevanın da xəbəri olub. 

Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin müəllimlərindən biri saytımıza bununla bağlı açıqlama verib. Həmsöhbətimiz deyib ki, nə qədər acınacaqlı olsa da, Azərbaycanda orta məktəb müəllimləri iki qrupa bölünür: bahalı və ucuz müəllimlər. Onun sözlərinə görə, bayramlarda, ad günlərində və digər əlamətdar tarixlərdə "ucuz müəllim"lərin mükafatı adətən, gül və şokolad qutusu olur:

"Bahalı müəllimlər kateqoriyasına daxil olan pedaqoqlar isə heç vaxt gül və şokolad götürmürlər. Onların mükafatı əsasən, pul və zinət əşyaları olur. Yaqut xanım "bahalı müəllimlər" qrupuna aiddir. Növbəti tədris ilindən o, yeni sinif götürəcək. Bu tamaşanı təşkil edən valideynlər öz aləmlərində Yaqut Ağamalıyevaya yaxşılıq etmək istəyiblər. Guya, onlar bu il övladlarını Yaqut xanımın sinfinə qoyacaq valideynlərə mesaj verirlər ki, bu müəllimə "bahalı"dır, gələcəkdə ona gül, şokolad və bu qəbildən olan ucuz hədiyyələr verməyin. Görünür, bu "mesaj" müəllimənin ürəyindən olduğu üçün çəkilişin aparılmasına mane olmayıb. Bəlkə də, gələcək valideynlərin onu məhz "bahalı müəllim" kimi tanımalarını istəyib". 

Müsahibimiz deyir ki, ibtidai sinif müəllimləri özlərini təqdim etmək üçün ağlasığmaz üsullara əl atırlar:

"Məktəblə əlaqəsi olmayan valideynlər çoxdur, xüsusilə də, ilk övladı birinci sinfə gedən valideynlər müəllim seçməkdə çətinlik çəkirlər. Onlar məktəbə gedərək yaxşı müəllim axtarışına çıxırlar. Yay fəsli olduğu üçün məktəbdə onları gözətçi və xadimələr qarşılayır. Sinif müəllimləri həmin gözətçi və xadimələrə onları tərifləmələri üçün pul verirlər. Beləcə, özləri haqda müsbət rəy formalaşdırır, siniflərinə daha çox uşaq cəlb etməyə nail olurlar".

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!