Azərbaycan Ordusunun keçirdiyi "Qisas" əməliyyatı nəticəsində yaralanan erməni hərbçilərinin sayı artaraq 19 nəfərə çatıb.
Yenisabah.az "Azatutyun" radiosuna istinadla xəbər verir ki, bu barədə Qarabağdakı separatçı mənbələr məlumat yayıb.
4 yaralının vəziyyəti ağırdır, onlardan birinin vəziyyəti son dərəcə ağırdır. Orta və yüngül xəsarətlərlə İrəvana çatdırılıb.
Xatırladaq ki, ilkin məlumatda əməliyyat zamanı 4 erməni hərbçinin öldüyü, ən azı 8-nin yaralandığı bildirilirdi.
Telegram kanalımız