Yaralı erməni hərbçilərinə tibbi yardım göstərməyə hazırıq - Hikmət Hacıyev

saytların hazırlanması

Evə çatdırılma

Yaralı erməni hərbçilərinə tibbi yardım göstərməyə hazırıq - Hikmət Hacıyev

Maraqlı

22 Sentyabr 2023 13:51 539


Azərbaycan erməni əsilli yaralı hərbçilərə tibbi yardım göstərməyə hazırdır. 

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezidentin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı Ofisi, həmçinin digər beynəlxalq tərəfdaşlarla görüşünə dair “X” platformasında qeyd edib. 

Hikmət Hacıyev bildirib ki, müraciət nəticəsində yaralı hərbçilərin toplanması üçün BQXK-nın tibbi maşınlarının hərəkətinə dəstək verilir: “Bu məqsədlə biz də təcili tibbi yardım maşınları ayırmağa, tibbi yardım göstərməyə hazırıq". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!