Yararsız bioloji fəallığa malik qida məhsulu məhv edildi

saytların hazırlanması

Evə çatdırılma

Yararsız bioloji fəallığa malik qida məhsulu məhv edildi

Sosial

27 Dekabr 2022 18:48 682


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yararsız bioloji fəallığa malik qida məhsulunu məhv edib.

Yenisabah.az xəbər verir ki, bu barədə AQTA-dan məlumat verilib.

Nəzarət tədbirləri çərçivəsində agentliyin müfəttişləri tərəfindən “Jala Pharma” MMC-nin idxal etdiyi, Rumıniyada fəaliyyət göstərən “S.C.Laboratoarele Medica S.R.L” şirkətinin istehsalı olan, ümumi çəkisi 217 kq “Zink Godarov Kapsul №30” adlı 10 000 ədəd bioloji fəallığa malik qida məhsulu partiyasından nümunələr götürülüb. Sezar pizza

Müayinələr nəticəsində məhsul partiyasında ağır metalların (qurğuşun (Pb), kadmium (Cd)) miqdarının normadan artıq olduğu aşkar edilib. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq qərar qəbul edilib, istehlaka yararsız bioloji aktiv qida məhsulu məhv edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!