Yarasalar haqqında 15 inanılmaz fakt

saytların hazırlanması

Evə çatdırılma

Yarasalar haqqında 15 inanılmaz fakt

Sosial

13 Aprel 2020 18:42 44420


Təxminən üç ay əvvəl Çinin Vuhan əyalətində meydana gələn daha sonra bütün dünyanı lərzəyə salan koronavirusun yaranma səbəbləri ilə bağlı ilk zamanlar müxtəlif iddialar irəli sürüldü. Bu iddialardan biri də sürətlə yayılan  virusa Çində milli mətbəxin əsas yeməklərindən hesab olunan yarasa şorbasının səbəb olması idi. 

Bu hadisə yaşananadək dünyada yumurtasının qiyməti ilə diqqət çəkən yarasalar bir anda virus mənbəyi kimi müzakirə obyekti oldular. Məlumdur ki, yarasa uça bilən məməli heyvanlardır. Dünyada təxminən 1200 növü var. Gecə heyvanlarıdır və exolokasiya qabiliyyətləri yaxşı inkişaf edib.

Yarasalar getdikləri yerə müxtəlif səs dalğaları buraxır, balalarına öz südlərini verirlər. Əgər qanadları olmasaydı, onları siçana oxşatmaq olardı. Azərbaycan faunasında 3 fəsilə ilə təmsil olunublar: Rhinolophidae (Nalburunkimilər), Vespertilionidae (Hamarburunkimilər), Molossidae(Buldoqkimilər). Toyuqlu pizza

Yenisabah.az oxuculara yarasalarla bağlı 15 maraqlı faktı təqdim edir:

1. Dünyada ən böyük yarasa mağarası Texas ştatında yerləşir. Braken yarasa mağarasında 20 mindən çox yarasa yaşayır. Yarasalar bu mağaradan çıxan zaman dəhşətli görüntü yaranır. Bu mağaradakı yarasalar bir gecədə təxminən 200 tona yaxın həşərat yeyirlər.

2. Yarasalar başıaşağı şəkildə yatırlar. Gündüz saatlarında  yatan yarasaların aktivliyi gecə artmağa başlayır. Bütün gecə mağaralarında gəzib qidalanır və su içirlər. İlk qidalanmadan sonra biraz dincəlirlər, sonra təkrar yemək axtarışında olurlar.

3. Kiçik yarasa dəstəsi ildə bir tondan çox həşərat istehlak edir. Yarasalar növündən asılı olaraq müxtəlif yollarla qidalanır. Növlərin əksəriyyəti  həşəratlarla qidalansa da, meyvə, qan vasitəsilə qidalananlar da az deyil. Hətta bəzi növlər qurbağa, kərtənkələ və quş yeyirlər.

4. Fermerlər onların hesabına hər il 1 milyon dollar qənaət edirlər. Təkcə yazda əkilən xiyarda olan həşəratları  yeyərək əkinçiləri əlavə pestisid xərclərindən xilas edir. Bu da təxminən 33 milyon həşərat sürfəsini istehlak etdikləri  mənasına gəlir.

5. Qanla qidalanan  vampir yarasalar quduz virusunu daşıyırsa, onlar  insana yoluxa bilər.  Bu yarasalar maral, at və mal-qara qanı ilə qidalanır, insanları nadir hallarda dişləyirlər. Yarasanın dişləməsi birbaşa insanlara zərərli təsir göstərməsə də, parazitar və viral xəstəlikləri kimi ciddi infeksiyalara səbəb ola bilər.

6. İnsanı  bir dəfə dişləsə, təkrar həmin şəxs üçün gələ bilər. Tədqiqatçılar yarasaların insanları nəfəs yolu ilə ayırd edə bildiklərini deyir.

7. Yarasalar qanı əmmək əvəzinə dilləri ilə yalayırlar. Bir gecə üçün 2 çay qaşığı qan kifayətdir. Qan yarasanın dilinin altındakı iki kanaldan hərəkət edər. Onların bədənləri yalnız qırmızı qan hüceyrələrindən istifadə edir. Qanın plazmasını sidiklə ifraz edirlər.

8. Alimlər iddia edirlər ki, qısa burunlu meyvə yarasaları (Cynopterus sphinx) cütləşmə üçün erkək yarasanın kopulasiya orqanına oral seks edirlər. Bonobo meymunlarında ilk dəfə müşahidə edilən bu davranış yarasalar üçün də müzakirə olunmağa başlayıb və təkamülə fayda verdikləri üçün bu davranışın real olduğu düşünülür.

9. Doğuşa nəzarət edə bilirlər. Bu davranışı əsasən qış yuxusunda olanda edirlər. Bəzi dişi yarasalar erkək spermasını bədəndə saxlayaraq mayalanmanı gecikdirə bilər. Döllənmə baş veribsə, onlar embrionun inkişafını da yavaşladaraq idarə edə bilərlər. Bundan əlavə, bir çox yarasa dəstəsində bütün dişilər eyni vaxtda doğum edirlər.

10. Görmə digər funksiyalara nisbətən daha az əhəmiyyətlidir. Yarasalar kor deyillər, hətta bəzilərinin çox yaxşı görmə qabiliyyəti var. Bəzi növlər ultrabənövşəyi şüaları aşkar edə bilir. Ağız və ya burun vasitəsilə ultrasəs yayırlar və bu şəkildə qidalanmaq üçün həşəratları tapırlar.

11. Ultrasonik səslərə əlavə olaraq ünsiyyət qurmaq üçün digər səsləri də yayırlar. Yarasaların əksəriyyəti ildə yalnız bir bala verir. Anaların körpələri  səslə tanıması mümkündür. Yarasaların qulaqları son dərəcə hərəkətli və səsə həssasdır.

12. Mövzu ilə bağlı çox az elmi məlumatlar olsa da, bəzi tədqiqatçıların apardığı müşahidələr nəticəsində yarasaların stresli və çətin vəziyyətdə olduqları zaman üzə bildiyini deyə bilərik. Üzmək üçün qanadlarından və ayaqlarından istifadə edirlər.

13. "Fu" Çin dilində yarasa deməkdir və digər bir mənası da xoşbəxtlikdir. Qərb mədəniyyəti yarasaları şanssızlıq, çirkli, xəstəlik daşıyıcısı kimi qəbul etsə də, Uzaq Şərqdə xoşbəxtlik və uğur simvolu hesab olunur. Bunu tez-tez sənət əsərlərində də nümayiş etdirirlər.

14. Nektarla qidalanan  yarasalar  onu əldə etmək üçün uzun dilə sahibdirlər. Onlar dili istifadə etmədikdə qabırğa qəfəsinin içərisində gizlədirlər.

15. Yarasa qanadlarının pərdələri bədən səthinin təxminən 95% -ni təşkil edir. Yarasaların qanadları barmaq sümüklərinin nazik dərisindən ibarətdir. Yarasaların qanadları bədən istiliyinin, qan təzyiqinin, su balansının tənzimlənməsində iştirak edir.

Sayad Həsənli

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • boom
    lan si55ir
    2 years ago