Yardım kampaniyasında ikinci əl əşyalar qəbul olunmur - RƏSMİ 

saytların hazırlanması

Evə çatdırılma

Yardım kampaniyasında ikinci əl əşyalar qəbul olunmur - RƏSMİ 

Sosial

08 Fevral 2023 13:37 887


Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi (RİİB) Türkiyənin ölkəmizdəki səfirliyinin zəlzələ bölgəsinə humanitar yardım göstərilməsi məqsədi ilə Azərbaycan vətəndaşlarına çağırışına qoşularaq qardaş ölkəyə dəstək məqsədilə humanitar yardım kampaniyasına start verib. 

Yenisabah.az xəbər verir ki, 14 fevral tarixinədək davam etməsi nəzərdə tutulan yardım kampaniyasına dəstək göstərən əhali tərəfindən Bakı İdman Sarayına (Neftçilər prospekti 26a), o cümlədən Heydər Əliyev adına İdman Konsert Kompleksinə (Abbas Səhhət küçəsi 2) çoxsaylı əşya və ləvazimatlar gətirilməkdədir. 

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD)  və Qızıl Aypara Cəmiyyətinin sanitar-epidemioloji şərtlərdən irəli gələrək verdiyi rəsmi açıqlamasına istinadən, virusun yayılma riskini artırdığına görə əhalidən ikinci əl geyim və əşyalardan ibarət yardım göndərməməsi təkidlə xahiş olunur. Eyni zamanda, qida təhlükəsizliyinin önəmi nəzərə alınaraq qida məhsullarının humanitar yardım çərçivəsində qəbul edilməyəcəyi nəzərə alınmalıdır.  pizza sifarişi

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi vətəndaşlara yardım kampaniyasında fəal iştirakına görə təşəkkür edir və yalnız ilkin tələb olunan və istifadə edilməmiş ləvazimatların qeyd edilən ünvana təhvil verilməsini xahiş edir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!