Yardımlıda bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edildi

saytların hazırlanması

Evə çatdırılma

Yardımlıda bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edildi

Sosial

30 İyul 2023 11:32 555


Yardımlıda məişət tullantılarının qalaqlanmasına görə bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib.

Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, rayon polis şöbəsinin əməkdaşlarının ətraf mühitin mühafizəsinin daha gücləndirilməsi, sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri tədbirlər zamanı rayonun Vərgədüz kəndi ərazisində məişət tullantılarının qalaqlanması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktı aşkarlanıb.

Faktla bağlı ərazi üzrə bələdiyyə sədri barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsi ilə protokol tərtib olunaraq aidiyyəti üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarəsinə göndərilib. pizza mizza

Bu istiqamətdə tədbirlər davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!