Yarım milyonluq mənimsəmə: Sabiq idarə rəisi məhkəmədə ifadə verdi

saytların hazırlanması

Evə çatdırılma

Yarım milyonluq mənimsəmə: Sabiq idarə rəisi məhkəmədə ifadə verdi

Kriminal

03 Avqust 2026 13:43 120


Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsinin külli miqdarda mənimsəmədə təqsirləndirilən sabiq rəisi Mehdi Əmrahovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

"Yeni Sabah" APA-ya istinadla xəbər verir ki, bu gün prosesdə təqsirləndirilən şəxs ona sürülən ittihamlar üzrə özünü qismən təqsirli saydığını bildirib.

O, prokurorun binanın tikintisi ilə bağlı keçirilən tenderlə bağlı sualına cavab olaraq bildirib ki, tender qaliblərinin seçilməsi ilə bağlı proseslə əlaqəsi olmayıb, bununla mühasib məşğul olub. Lakin mühasibin təcrübəsi olmayıb. Marqarita pizza

Daha sonra iş üzrə şahid Yeganə Eyvazova ifadə verib.

Məhkəmənin növbəti prosesi sentyabrın 21-nə təyin edilib.

İttihama görə, M.Əmrahov 2022-ci ildən etibarən adını yazdırdığı, lakin işə gəlməyən 12 nəfər işçinin əmək haqqlarını mənimsəyib və onların işini rəsmiləşdirərək vəzifə saxtakarlığı edib. Bundan başqa, o, müxtəlif şirkətlərlə müqavilə bağlayaraq razılaşılmış məbləğin bir qismini ələ keçirməkdə təqsirləndirilir. O, 783 min manat pul vəsaitini ələ keçirməkdə ittiham olunur.

Zərərçəkənin nümayəndəsi qismində iştirak edən Səhiyyə Nazirliyinin Daxili Nəzarət Şöbəsinin baş məsləhətçisi bildirib ki, nazirlik tərəfindən təqsirləndirilən şəxsə 670 min manat dəyərində mülki iddia qaldırılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!