“Yas mərasiminə gedənlərdən COVİD pasportu tələb olunmalıdır“   - Deputat

saytların hazırlanması

Evə çatdırılma

“Yas mərasiminə gedənlərdən COVİD pasportu tələb olunmalıdır“ - Deputat

Sosial

29 Sentyabr 2021 12:26 817


Azərbaycanda karantin qaydalarının yumşaldılması davam edir. Demək olar ki, əksər məhdudiyyətlər aradan qaldırılıb. Amma yas mərasimlərinin keçiirlməsinə tətbiq edilən qadağa hələ də qüvvədə qalır.

Son günlər sosial şəbəkələrdə bu mövzuda müzakirələr daha da intensivləşib.

Maraqlıdır, toylara icazə verildiyi halda yas mərasimlərinə qoyulan qadağalar niyə hələ də qüvvədə qalır? pizza sifarişi

Milli Məclisin deputatı Fəzail Ağamalı Yenisabah.az-a açıqlamasında deyib ki, yaxın gələcəkdə yas mərasimlərinə qoyulan qadağalar da qaldırıla bilər:

“Bu haqda mənim sizə nəsə söyləmək imkanım, hətta gümanım da yoxdur. Çünki bu məsələ ilə Operativ Qərargah məşğul olur. Operativ Qərargah da qadağan olunan bütün məsələləri ölçüb-biçir, təhlil edir. Ölkə miqyasında virusun yayılma səviyyəsinə diqqət yetirir. Sonra qərarlar qəbul edir. Ona görə ola bilsin ki, yaxın gələcəkdə yas mərasimlərinə qoyulan qadağalar da qaldırılacaqdır”.

Deputatın sözlərnə görə, yas mərasimlərində də vaksin pasportu hökmən nəzərə alınmalıdır:

“Mənə elə gəlir ki, yas mərasimlərində vaksin pasportu hökmən nəzərə alınmalıdır. Necə ki, toylarda nəzərə alınır. Ümumiyyətlə, kütləvi yerlərə gedən insanların hamısından pasport tələb olunmalıdır. Gələcəkdə əgər yas mərasimlərində də qadağalar götürülsə, onda qəbul oluna bilər. Ancaq nə vaxt götürülməsi haqqında mən hər hansı bir konkret fikir söyləməkdə çətinlik çəkirəm”.

Nəzrin Vahid


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!