“YAŞAT“ Fondu 71 milyon manatdan artıq vəsait xərcləyib

saytların hazırlanması

Evə çatdırılma

“YAŞAT“ Fondu 71 milyon manatdan artıq vəsait xərcləyib

Sosial

08 Dekabr 2022 11:56 631


Bu günə qədər "YAŞAT" Fondunun hesabına 75 846 318.85 vəsait mədaxil olub.

Yenisabah.az Trend-ə istinadla xəbər verir ki, bunu "YAŞAT" Fondunun 2 illik fəaliyyəti ilə bağlı keçirilən mətbuat konfransında fondun rəhbəri Elvin Hüseynov deyib.

Onun sözlərinə görə, fondun fəaliyyət istiqamətləri üzrə 71 612 351.53 manat məbləğində vəsait xərclənib. Qalıq vəsait isə 4 233 967.32 manat təşkil edir. Marqarita pizza

"Xərclənən vəsaitdən məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə 41 042 300.00 manat, təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı xərcləri, 1 347 611.19 manat, istehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması: 6 772 442.30 manat, müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi 22 449 998.04 manat olub.

Bu günə qədər "YAŞAT" Fondu 71 milyon manatdan artıq vəsait xərcləyib" , - deyə E.Hüseynov vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!