“YAŞAT“ Fonduna toplanan vəsaitin həcmi açıqlandı
22 Yan 2021 16:26
372

“YAŞAT“ Fonduna toplanan vəsaitin həcmi açıqlandı

Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu olan “YAŞAT” Fonduna toplanan vəsait 27 milyon manatı ötüb.

Yenisabah.az xəbər verir ki, Fonda toplanan vəsait 27 476 577.35 manatdır. Həmin vəsaitdən 16 400 866.8 manatı fiziki şəxslər, 11 075 710.55 manatı isə hüquqi şəxslər tərəfindən ödənilib.

Fonda daxil olan vəsaitin 1 468 655.53 manatı xərclənib. Vəsaitin qalığı isə 26 007 921.82 manatdır. 

Qeyd edək ki, “YAŞAT" Fondu Prezident İlham Əliyevin dekabrın 8-də imzaladığı fərman əsasında yaradılıb.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər