Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

““Yaşat”a 1 gündə 1 milyon manat ianə topladıq”
08 Dek 2021 13:24
281

““Yaşat”a 1 gündə 1 milyon manat ianə topladıq”

“Vətən müharibəsi dövründə xaricdə fəaliyyət göstərən diaspor təşkilatları yardım üçün daim müraciət edirdilər. Bu səbəbdən Yaşat marafonu təşkil etdik və 63 ölkədən soydaşlarımız maddi yardıma qoşuldu”.

Yenisabah.az xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov “Yaşat” Fondunun bir illik fəaliyyətinə dair mətbuat konfransında çıxışı zamanı deyib. 

F.Muradov qeyd edib ki, marafon yaradılanda bir gündə 1 milyon manatdan artıq vəsait toplanıb və Yaşat Fonduna köçürülüb:

“Üç ay ərzində isə 3 milyon manatdan çox vəsait toplandı. ABŞ-dan isə 200 min dollar ianə toplanılmışdı. Rusiyadan 30 min dollar dəyərində 2 ədəd Dermaton cərrahi aparatı, 92 ədəd İlizarov aparatı və 566 əlil arabası göndərilmişdi”.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər