Yas yerində zəhərlənənlərin son durumu -   19 nəfər...

saytların hazırlanması

Evə çatdırılma

Yas yerində zəhərlənənlərin son durumu - 19 nəfər...

Sosial

21 May 2026 09:41 95


Samuxda keçirilən yas mərasimində zəhərlənənlərin son durumu açıqlanıb. 

Bu barədə "Yeni Sabah"a TƏBİB-dən məlumat verilib. 

Bildirilib ki, ötən gün saat 17:00 radələrində 21 nəfər (13 qadın, 8 kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub: Toyuqlu pizza

"Zəhərlənmə diaqnozu təyin edilən pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən 19 nəfər ambulator müalicə üçün evə buraxılıb. 2 nəfərin müalicəsi isə müvafiq şöbədə davam etdirilir, vəziyyətləri stabildir".

Qeyd edək ki, Samuxun Lək kəndində baş verən kütləvi zəhərlənmə ilə bağlı Qida Təhlükəsizliyi Agentliyi də araşdırmalara başlayıb. Hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə mərasimdə təqdim olunan, məişət şəraitində hazırlanan qidalardan müayinələrin aparılması üçün nümunələr götürülərək laboratoriyaya təqdim edilib.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!