“Yaşı 40-dan yuxarı olan şəxslər üçün meymunçiçəyinin qorxusu yoxdur”   - Nazir

saytların hazırlanması

Evə çatdırılma

“Yaşı 40-dan yuxarı olan şəxslər üçün meymunçiçəyinin qorxusu yoxdur” - Nazir

Sosial

17 İyun 2022 13:29 1165


“Yaşı 40-dan yuxarı olan şəxslər üçün meymunçiçəyinin qorxusu yoxdur”. 

Bunu “Report”a açıqlamasında səhiyyə naziri Teymur Musayev bildirib.

Onun sözlərinə görə, digər çiçək növlərinə uyğun olaraq peyvəndlərin meymunçiçəyinə qarşı qarşılıqlı həssaslığı var: “Ona görə yaşı 40-dan artıq olan insanlar üçün meymunçiçəyinin demək olar ki, qorxusu yoxdur. Çünki onlar peyvənd olunublar. Gənc nəslə gəlincə isə çox sıx təmas olmalıdır ki, virus insandan insana keçsin. Fərdi gigiyena qaydaları vacibdir. Artıq COVID-19-dan sonra hamı bunu yaxşı başa düşür. Gigiyenik məhlullardan istfiadə edilməli və sosial məsafə saxlanılmalıdır”.  Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!