“Yaşıl bazar”da dodaq uçuqladan qiymətlər - Video

saytların hazırlanması

Evə çatdırılma

“Yaşıl bazar”da dodaq uçuqladan qiymətlər - Video

Sosial

11 Mart 2024 15:01 591


Artıq yaz fəslinin meyvələri: gilas, alça, çiyələk və s. bazarlarda satışa çıxarılıb. Lakin meyvələrin qiyməti heç də hər kəsin cibinə uyğun deyil.

Yenisabah.az xəbər verir ki, sosial şəbəkələrdə blogerlərdən biri “Yaşıl bazar”da olub və qiymətləri izləyiciləri ilə bölüşüb.

Onun çəkdiyi qısa videodan bəlli olub ki, “Yaşıl bazar”da meyvə qiymətləri dodaq uçuqladır. Dominos pizza

Sözügedən bazarda 800 manata alça satılır. Satıcının sözlərinə görə, bu qiymətə olan alça yerlidir.

Bazarda, həmçinin, kasetində 8-10 ədəd, yerli olmayan alça da satılır ki, qiyməti 34 manatdır.

Şirin kartof – batatın qiyməti də xeyli yüksəkdir - bir ədədi nə az, nə çox, düz 10 manatdır.

Kiçik, yaşıl bananların 1 kilosu 54 manata satılır.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!