“Faytonçu” ləqəbi ilə tanınan Əməkdar artist Nazim Pişyari səhnədən gedəcəyini açıqlayıb.
Yenisabah.az-a danışan sənətçi bir müddət sonra şou-biznesi tərk edəcəyini bildirib:
“Vaxtı çatanda sənətdən gedəcəyəm. Düzdür, 80 yaşına qədər oxuyanlar var. oxusunlar da, onların şəxsi işidir. Mən isə 80 yaşımda oxumaq, səhnədə olmaq istəmirəm. Haradasa, 60 yaşına çatanda gedəcəyəm. demirəm mütləq belə olacaq, sadəcə bunu istəyirəm. Allahın işini bilmək olmaz, hər şey onun əlindədir. Düşünürəm ki, 60 yaşında oxumağa, peşəkar fəaliyyətə "stop” deyəcəyəm. Toylar da buna daxildir”.
Sənətçi 60 yaşından sonra təqaüdə çıxacağını, bu cür yaşamaq istədiyini qeyd edib:
“Hər halda övladlarım var, təqaüd də alacağam. Yavaş-yavaş dolanmaq olar. Cammat necə dolanırsa, biz də elə dolanacağıq. Bu günə qədər nələrsə etmişik, nəsə əldə etmişik ki, yaşlananda normal yaşaya bilək. İnsan yaşlanandan sonra guiya nə qədər pul lazım olur ki? 2-3 min pul oldu, bəsdir”.
Əsmətxanım RZAZADƏ
Telegram kanalımız