16 Avqust - 11:20
Yaşlı azərbaycanlı Ukraynada kimsəsiz qaldı - Video

Yaşlı azərbaycanlı Ukraynada kimsəsiz qaldı - Video

Sosial

07 İyul 2022 00:40 805


Ukraynanın Zaporojye vilayətinin işğaldan azad olunan ərazisindən qaçqın düşən azərbaycanlı ölkəmizdəki yaxınlarından kömək istəyir.

Yenisabah.az xəbər verir ki, hazırda Lvov şəhərində kimsəsiz qalan həmyerlimiz pansionata yerləşdirilib.

1951-ci il təvəllüdlü əslən Gəncədən olan Məmmədov Məmməd Bəytulla oğlu 36 ildir Ukraynanın Zaporojye vilayətində yaşayır və ixtisasca həkimdir.

O, müharibə başlayandan sonra yaşadığı yeri tərk edərək Ukraynanın qərbinə qədər gələ bilib.

Məmməd hazırda Lvovda kimsəsizdir və Azərbaycana gəlmək istəyir.

Həmyerlimizin Baku TV vasitəsilə yaxınlarına səsləndiyi süjeti təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!