Yaşlı insan əylənə bilməz? Zarafat edə bilməz? - Nura Suri

saytların hazırlanması

Evə çatdırılma

Yaşlı insan əylənə bilməz? Zarafat edə bilməz? - Nura Suri

Şou

12 İyun 2025 16:19 466


Müğənni Nura Suri Xalq artisti Alim Qasımovun müdafiə edib.

Yenisabah.az xəbər verir ki, o, "Facebook" statusunda xanəndənin rep oxumasını qınayanlara münasibətini açıqlayıb:

“Alim Qasımovun toydakı görüntülərini saytlar paylaşıb. Cəmiyyətimiz də tökülüşüb şərhlərdə ağızına gələni yazıb. Elə bil oturub gözləyirlər ki, kimsə nəsə etsin, bunlar, klaviatura “qəhrəmanları” öz zəhərlərini töksünlər şərhlərə. Marqarita pizza

Yaşlı insan əylənə bilməz? Zarafat edə bilməz?  Elə bil ki, hamı hakimdir, həyat da məhkəmə.  Qınanılası o qədər mühüm məsələlər var ki, onları görməzdən gəlməkdən bezmirsiniz, amma insanları əyləndiklərinə görə rahatlıqla təhqir edə bilirsiniz. Bir özünüzə də baxın, niyə bu qədər nifrəti içinizdə bəslədiyiniz səbəblərini də axtarın”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!