Yaşlı kitabxana əməkdaşları üçün çətin sınaq: Attestasiya qalmaqalı

saytların hazırlanması

Evə çatdırılma

Yaşlı kitabxana əməkdaşları üçün çətin sınaq: Attestasiya qalmaqalı

Sosial

30 May 2026 10:23 1042


Azərbaycanda iyul ayında keçirilməsi planlaşdırılan kitabxana əməkdaşlarının attestasiya prosesi etirazlarla qarşılanıb.

"Yeni Sabah" Yurd.Media-ya istinadən xəbər verir ki, hazırda kitabxana sistemində işləyən əməkdaşlar imtahan proqramının əmək funksiyalarına uyğun olmadığını iddia edirlər.

Belə ki, sualların kitabxana işinin spesifikasını aşdığı və Dövlət Qulluğu imtahanları səviyyəsində olduğu qeyd olunur. pizza sifarişi

Kitabxana əməkdaşlarının böyük əksəriyyətinin 50-60 yaşdan yuxarı şəxslər olduğunu nəzərə alaraq onların bu cür ağır imtahan proqramını mənimsəməsinin çətin olduğu bildirilir. Xüsusən, Bakı şəhər kitabxanalarında maddi-texniki və kompüter bazasının zəif olduğu halda, İKT əsaslı proqramlar üzrə biliklərin yoxlanılmasının düzgün olmadığı vurğulanır.

Bundan əlavə, son 5 il ərzində attestasiyaya cəlb olunan əməkdaşlar üçün işəgötürən tərəfindən hər hansı ixtisasartırma kurslarının təşkil edilməyib.

Əməkdaşlar “kitabxanaçı” ştatı ilə işə qəbul olunsalar da, sonradan rəsmi sənədlərdə onların vəzifə adları “informasiya texnologiyaları mütəxəssisi” kimi göstərilib.

Digər tərəfdən, M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası, C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası və F.Köçərli adına Respublika Uşaq Kitabxanası attestasiya prosesindən kənarda saxlanılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Aygun Tahirova
    Bir pedaqoq olaraq hesab edirəm ki, kitabxana işçiləri üçün keçirilən bu imtahanların ləğv olunması daha məqsədəuyğundur. Xüsusilə uzun illərdir çalışan və müəyyən yaş həddini keçmiş əməkdaşların qısa müddət ərzində imtahana hazırlaşması olduqca çətindir. Onların peşəkarlığı illərlə qazandıqları təcrübə və iş fəaliyyətləri ilə qiymətləndirilməlidir. Bu səbəbdən imtahan əvəzinə əməkdaşların iş təcrübəsinin və fəaliyyət nəticələrinin nəzərə alınması daha ədalətli yanaşma olardı. Ora ve yuxari yaw qruplari ucun imtahana qisa muddetde hazirlasmaq ve bize onlari imtahana hazirlasdirmaq cox cetin meseledir.
    1 month ago
  • Nəzakət
    Düzdü əvvəl kurslara göndərməlidirlər sonra imtahan keçirilməlidir.
    1 month ago